DOLAR
49,24 ₺
EURO
55,16 ₺
STERLİN
65,23 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Kiyevin mərkəzində Müslüm Maqomayevin heykəli ucaldılacaq

Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzində dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ Xalq Artisti Müslüm Maqomayevin adını daşıyacaq park…

|
Kiyevin mərkəzində Müslüm Maqomayevin heykəli ucaldılacaq

Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzində dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ Xalq Artisti Müslüm Maqomayevin adını daşıyacaq park salınacaq.

Azərbaycanın Ukraynadakı səfirliyindən VOİCEPRESS-ə verilən məlumata görə, səfirliyin təşəbbüsü və dəstəyi ilə Kiyev şəhərinin mərkəzi ərazisində, Seçovıx Strelçov küçəsində salınacaq parkda tikintiyə başlamaq üçün Kiyev Şəhər Administrasiyasının rəsmi icazəsi alınıb. Kiyev Şəhər Administrasiyasının Parklar İdarəsi bununla əlaqədar qərar çıxarıb.

Parkda Müslüm Maqomayevin 6 metrdən artıq hündürlüyündə heykəli qoyulacaq. Heykəlin müəllifi tanınmış heykəltəraş, Ukraynanın Xalq Rəssamı Seyfəddin Qurbanovdur.

Parkın açılışının oktyabrın sonlarında olacağı gözlənilir.

Kiyevdə bu tədbir Azərbaycan Prezidenti İlham Əliyevin Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsi haqqında sərəncamından irəli gələrək həyata keçirilir.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR