DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Kiyevdə partlayışda yaralanan deputat əməliyyat olunub

Kiyevdə baş verən partlayışda yaralanan Ali Radanın deputatı, "Radikal" partiyasının üzvü İqor Mosiyçuk əməliyyat olunub.VOİCEPRESS xəbər verir ki, bu barədə…

|
Kiyevdə partlayışda yaralanan deputat əməliyyat olunub

Kiyevdə baş verən partlayışda yaralanan Ali Radanın deputatı, “Radikal” partiyasının üzvü İqor Mosiyçuk əməliyyat olunub.

VOİCEPRESS xəbər verir ki, bu barədə İ.Mosiyçukun mətbuat katibi bildirib.

“Əməliyyat uğurla başa çatıb. Həkimlər İ.Mosiyçukun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. Hazırda o reanimasiyadadır. İ.Mosiyçuk əməliyyatdan sonra özünə gəlib, danışa bilir”, məlumatda deyilir.

Qeyd edək ki, İqor Mosiyçuk “Espresso” telekanalının binasından çıxdığı zaman yolun kənarında motosiklet partlayıb. Hadisə nəticəsində deputatın mühafizəçisi ölüb, İ.Mosiyçuk daxil olmaqla 5 nəfər xəsarət alıb. Partlayış hüquq-mühafizə orqanları tərəfindən terror aktı kimi qiymətləndirilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR