DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Kərkükdən böyük qaçış! Minlərlə kürdün şəhəri tərk etdiyi kadrlar – VİDEO

Kərkükdə İraq ordusu və peşmərgə silahlıları arasında yaşanan silahlı qarşıdurma səbəbiylə minlərlə insan Kərkükdən Süleymaniyə və Ərbilə doğru…

|
Kərkükdən böyük qaçış! Minlərlə kürdün şəhəri tərk etdiyi kadrlar – VİDEO

Kərkükdə İraq ordusu və peşmərgə silahlıları arasında yaşanan silahlı qarşıdurma səbəbiylə minlərlə insan Kərkükdən Süleymaniyə və Ərbilə doğru qaçır.

VOİCEPRESS Türkiyə KİV-nə istinadən xəbər verir ki, İraq ordusunun strateji nöqtələri ələ keçirməsi kürdlərin Süleymaniyə və Ərbilə doğru qaçmasına səbəb olub. Kərküklü ailələrdən bəziləri əşyalarını maşınlarına yükləyərək xaos mərkəzindən qaçmağa çalışırlar.

Telekanalların ekrana gətirdiyi görüntülərdə böyük insan izdihamının Kərkükü tərk etdiyi görünür.

Təxminən 3 il sonra Kərkükə “geri dönüş” üçün əməliyyatlara başlayan İraq ordusu, strateji önəm daşıyan Keyvan Hərbi bazasını ələ keçirib. İraq ordusunun Kərkükdəki bir çox hökumət binalarını ələ keçirdiyi də gələn məlumatlar arasındadır. Əle keçirilən binalar arasında Təhlükəsizlik binası ilə Kərkük Valilik Binasının da olduğu bildirilir.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR