DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Kataloniya rəhbəri: “Müstəqillik elan etməyə tələsməyək”

Kataloniya rəhbəri Karles Puçdemon parlamenti müstəqillik elan etməyi dayandırmağa çağırıb. VOİCEPRESS xəbər verir ki, Karles Puçdemon bu barədə Kataloniya…

|
Kataloniya rəhbəri: “Müstəqillik elan etməyə tələsməyək”

Kataloniya rəhbəri Karles Puçdemon parlamenti müstəqillik elan etməyi dayandırmağa çağırıb.

VOİCEPRESS xəbər verir ki, Karles Puçdemon bu barədə Kataloniya parlamenti qarşısında çıxışı zamanı bildirib.

K.Puçdemon, razılaşdırılmış qərarın qəbul edilməsi üçün rəsmi Madridlə dialoqa başlamağın lazım olduğunu qeyd edib.

“Razılaşdırılmış danışıqlara nail olmağa kömək edəcək dialoqun başlanılması üçün parlamentə müstəqillik haqqında bəyannamənin qüvvəyə minməsini təxirə salmağı təklif edirik”,, – deyə Puçdemon qeyd edib.

Bununla belə o vurğulayıb ki, səsvermənin nəticələri regionun müstəqil respublika olmasına haqq qazandırıb. Onun sözlərinə görə, Madrid Barselona ilə danışıqlar zamanı referendumun nəticələrini nəzərə almalıdır.

“Milyonlarla vətəndaş hesab edir ki, Kataloniyanın dövlət elan edilməsi bölgənin özünüidarəetməsinin qorunub saxlanılması üçün yeganə yoldur”, – deyə Puçdemon qeyd edib.

Kataloniya rəhbəri, heç kimi şantaj və ya təhqir etmək niyyətində olmadığını vurğulayıb.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR