DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Kataloniya muxtariyyətini itirə bilər – Madridin səbr kasası daşır

İspaniya hökuməti Kataloniya muxtariyyətinin hökumətinə (Jeneralitat) müraciət edərək Barselonanın gerçəkdən də, müstəqilliyini bəyan edib-etməməsi ilə bağlı…

|
Kataloniya muxtariyyətini itirə bilər – Madridin səbr kasası daşır

İspaniya hökuməti Kataloniya muxtariyyətinin hökumətinə (Jeneralitat) müraciət edərək Barselonanın gerçəkdən də, müstəqilliyini bəyan edib-etməməsi ilə bağlı izahat tələb edib.

VOİCEPRESS
El Pais-ə istinadən bildirir ki, bunu İspaniyanın baş naziri Mariano Rahoy deyib.

“Bu tələb İspaniya Konstitusiyasının 155-ci maddəsini tətbiq etmək üçün gərəkdir. Vətəndaşlarımızın əmin olmasını istəyirik. Jeneralitatın bizə verəcəyi cavab hökumətin yaxın günlərdə qəbul edəcəyi qərarı müəyyənləşdirəcək”, – Rahoy söyləyib.

İspaniya Konstitusiyasını 155-ci maddəsi Kataloniyanı muxtariyyətdən qismən məhrum etməyə, bütün yerli özünüidarə orqanlarını birbaşa Madridin nəzarətinə keçirməyə imkan verir. Eyni zamanda, Kataloniya parlamenti buraxılmalıdır.

Katalon parlamentində müstəqillik tərəfdarları çoxluq təşkil edir.

Parlament buraxılarsa, Kataloniyada yeni, növbədənkənar seçkilər keçirilməlidir.

Beləliklə, rəsmi Madrid separatçı Kataloniyaya qarşı ən sərt mövqe sərgiləməyə başlayıb.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR