DOLAR
49,24 ₺
EURO
55,16 ₺
STERLİN
65,23 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Kapitalizm çökür, İslam modelinə keçməliyik – Məşhur iqtisadçı

Kapitalizmin çökdüyü ərəfədə İslam iqtisadi modelini inkişaf etdirməliyik.VOİCEPRESS xəbər verir ki, bu sözləri pakistanlı iqtisadçı Məhəmməd Əkrəm Xan…

|
Kapitalizm çökür, İslam modelinə keçməliyik – Məşhur iqtisadçı

Kapitalizmin çökdüyü ərəfədə İslam iqtisadi modelini inkişaf etdirməliyik.

VOİCEPRESS xəbər verir ki, bu sözləri pakistanlı iqtisadçı Məhəmməd Əkrəm Xan deyib.

O, İslam ölkələrinin vahid iqtisadiyatının olmadığını bildirib:

“İslam iqtisadiyatının iki əsas təməli var: Quran və hədislər. Bunların yolu ilə irəliləməliyik. Köçürmə yolu ilə tətbiq etməkdən əl çəkməliyik. Yaşadığımız problemlərin nə olduğunu anlamalıyıq. Məsələn inflasiya. 2008-ci ildə yaşanan inflasiyanın səbəbi bankların ödəniş qabiliyyəti olmayan insanlara kredit verməsi idi. Bu kimi maraqların qarşısının alınmadığı müddətcə böhran davam edəcək. Sistemə həll yolu tapmalıyıq.

İslam iqtisadiyyatının modelləri digər müsəlman olmayan ölkələrdə də tətbiq edilə bilər. Bu gün kapitalizm çökür. İqtisadi sistemlərdə ciddi problemlər yaşanır”.

Qeyd edək ki, Əkrəm Xan İslam iqtisadiyyatı sahəsinin tanınmış ekspertlərindəndir.

Onun bu yöndə 20 kitabı, 55 məqaləsi və 100-dən çox araşdırma işi var.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR