Əfqanıstanın paytaxtı Kabildəki İmam Zaman məscidindəki terakta görə “İraq və Şamda İslam Dövləti” (İŞİD) terror təşkilatı məsuliyyəti boynuna götürüb.
VOİCEPRESS bildirir ki, məsciddə özünü partladan Əbu Əmmar adlı “canlı bomba” Türkmənistan vətəndaşıdır. Bu barədə İŞİD-in AMAQ informasiya agentliyi məlumat yayıb.
Məsciddəki partlayışda 39 nəfər həlak olub, 70 nəfər yaralanıb.
VOİCEPRESS.AZ