DOLAR
49,24 ₺
EURO
55,16 ₺
STERLİN
65,23 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Çində yağışlar kəsmir – 48 mindən çox adam təxliyə edildi

Çinin mərkəzi Xunan vilayətinə yağan aramsız yağışlar yerli hakimiyyəti 48 mindən çox adamı təxliyə etməyə məcbur edib.VOİCEPRESS xəbər verir ki, son 3 gündə…

|
Çində yağışlar kəsmir – 48 mindən çox adam təxliyə edildi

Çinin mərkəzi Xunan vilayətinə yağan aramsız yağışlar yerli hakimiyyəti 48 mindən çox adamı təxliyə etməyə məcbur edib.

VOİCEPRESS xəbər verir ki, son 3 gündə bu ərazilərdə kəskin hava şəritindən təxminən 530 min adam ziyan çəkib, 3 nəfər ölüb, 1 nəfər itkin düşüb.

Təxminən minə yaxın yaşayış evinə, 27 min hektardan çox əkin yeri ziyan dəyib.

Güclü yağışlar çaylarda suyun səviyyəsinin 7 metrə qədər qalxmasına səbəb olub, onlarla ev su altında qalıb.

Meteoroloqların proqnozlarına görə, belə yağışlar vilayətdə hələ avqustun 15-ə qədər davam edəcək.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR