DOLAR
49,24 ₺
EURO
55,16 ₺
STERLİN
65,23 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

“Harvey” və “İrma” qasırğaları ABŞ-a 300 mlrd. dollar zərər vurdu

ABŞ-ın Texas ştatına "Harvey" və Florida ştatına "İrma" qasırğalarının vurduğu zərərin 290 mlrd. dollar təşkil etdiyi ehtimal olunur.VOİCEPRESS xəbər verir ki…

|
“Harvey” və “İrma” qasırğaları ABŞ-a 300 mlrd. dollar zərər vurdu

ABŞ-ın Texas ştatına “Harvey” və Florida ştatına “İrma” qasırğalarının vurduğu zərərin 290 mlrd. dollar təşkil etdiyi ehtimal olunur.

VOİCEPRESS xəbər verir ki, bu ehtimalı “AccuWeather” beynəlxalq hava proqnozu şirkəti yayıb. Bu da ölkə ÜDM-nin təxminən 1,6%-nə bərabərdir.

“AccuWeather”in rəhbəri Coel N.Mayersin (Joel N. Myers) açıqlamasına görə, qasırğaların zərər vurduğu bölgələrdə işsizlik kəskin artacaq, benzin və yanacaq bahalaşacaq. Mayers “İrma” qasırğasının sentyabrın 14-dən etibarən təsir gücünü itirəcəyini qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ-ın “Goldman Sachs” bankı qasırğaların ABŞ-ın III rüb iqtisadi artım göstəricisinə mənfi təsir edəcəyini bildirib. Bank ABŞ-ın III rüb iqtisadi artım proqnozunu 2,8%-dən 2%-ə endirib. Bununla yanaşı, “Goldman Sachs” qasırğaların vurduğu zərərin bərpa edilməsi prosesinə başlanması ilə artacaq iqtisadi fəallığın IV rübdə ÜDM-ə 0,4 faiz bəndi səviyyəsində əlavə müsbət təsir edəcəyini proqnozlaşdırır.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR