DOLAR
49,24 ₺
EURO
55,16 ₺
STERLİN
65,23 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Günəşdə GÜCLÜ PARTLAYIŞ: zəlzələ dalğaları yayıldı

Rusiya Elmlər Akademiyası Fizika Universitetindən verilən məlumata görə, dünən Günəşdə böyük partlayış meydana gəlib.Bu, yaxın zamanda Günəşdə rast gəlinən…

|
Günəşdə GÜCLÜ PARTLAYIŞ: zəlzələ dalğaları yayıldı

Rusiya Elmlər Akademiyası Fizika Universitetindən verilən məlumata görə, dünən Günəşdə böyük partlayış meydana gəlib.

Bu, yaxın zamanda Günəşdə rast gəlinən 4-cü ən böyük partlayış olub.

VOİCEPRESS xəbər verir ki, təbii hadisə radiyasiya qüvvəsi ilə əlaqədar olaraq sinifləndirilmədə ən yüksək şkala olan X səviyyəsində olub.

Günəşdə olan əvvəlki partlayışlar keçən həftənin bazar ertəsi günü təsbit edilib və elm adamları bu partlayışların M səviyyəsində olduğunu bildirib.

Rusiya Elmlər Akademiyasının Kosmos Araşdırmaları Universitetinin professoru Aleksey Struminskiy ilk partlayış əsnasında Günəşin səthində “günəş zəlzələsi” kimi bilinən seysmik dalğaların yayıldığını söyləyib.

Mütəxəssis bu növ partlayışların səbəb olduğu maqnetik fırtınaların insan sağlamlığına hər hansı bir zərər vermədiyini, partlayışın gücünə rəğmən, planetin ətrafındakı peyklərin və kabelsiz ünsiyyət cihazlarının o qədər də təsirlənməyəcəyini vurğulayıb.

Aysel İsgəndərova

VERİTAS Tərcümə MƏRƏZİ

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR