DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

FSB Rusiyanı qorxuya salan zənglərin mənbəyini tapdı

Rusiya Federal Təhlükəsizlik Xidməti ölkədə obyektlərə bomba yerləşdirilməsi ilə bağlı yalançı zənglərin kimlər tərəfindən edildiyini…

|
FSB Rusiyanı qorxuya salan zənglərin mənbəyini tapdı

Rusiya Federal Təhlükəsizlik Xidməti ölkədə obyektlərə bomba yerləşdirilməsi ilə bağlı yalançı zənglərin kimlər tərəfindən edildiyini müəyyənləşdirib.

VOİCEPRESS xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında FTX-nın rəhbəri Aleksandr Bortnikov söyləyib. Onun sözlərinə görə, bu yalançı zəngləri xaricdən 4 Rusiya vətəndaşı edib:

“Biz onları müəyyənləşdirmişik. Bunu etmək asan deyildi. Bunlar Rusiya vətəndaşlarıdır. Onların sayı 4 nəfərdir və hazırda xaricdədirlər. Bu şəxslərin ölkə ərazisində ortaqları da var. Hazırda onların axtarışına başlanılıb”.

Qeyd edək ki, son bir neçə gün ərzində Rusiyada yalançı zənglər ucbatından 100-ə yaxın şəhərdə minlərlə obyekt boşaldılıb, 600 minə yaxın şəxs təxliyə edilib. Ümumilikdə, yalançı zənglər ölkəyə bir milyard rubldan artıq ziyan vurub.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR