DOLAR
49,24 ₺
EURO
55,16 ₺
STERLİN
65,23 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Əsəd rejimi günahsız əhalini bombaladı

Suriyada Əsəd rejimi atəşkəs elan etdiyi Şərqi Gutada hücumlarını davam etdirir. VOİCEPRESS.AZ-ın Türkiyə təmsilçiliyindən verilən məlumata görə, rejimə aid…

|
Əsəd rejimi günahsız əhalini bombaladı

Suriyada Əsəd rejimi atəşkəs elan etdiyi Şərqi Gutada hücumlarını davam etdirir. VOİCEPRESS.AZ-ın Türkiyə təmsilçiliyindən verilən məlumata görə, rejimə aid döyüş təyyarələrinin dünən gecə gec saatlarda təşkil etdiyi hücumlarda, 3-ü uşaq 8 mülki vətəndaş həyatını itirib. Rejim, saat 08.19-da da Zemelka bölgəsinə hava hücumu həyata keçirib. Dəməşqin şərqində, Cobar məhəlləsi ilə Eyn Terma və Zemelka bölgələrinin də içində olduğu Şərq Quda bölgəsi, 5 ildir ki, rejimin nəzarəti altında yerləşir.

Rejim, Şərq Gutanın cənub-şərq tərəfində, yarımada şəklindəki Cobarı, cənub-qərbindəki Eyn Terma və Zemelkadan qopararaq təkbaşına mühasirəyə almağı hədəfləyir. Beləliklə rejimin 1,5 aydır intensiv şəkildə hücum etdiyi Şərq Quda üzərindəki mühasirə da daralmış olacaq.

Rus xəbər agentliyi RIA Novosti, ötən həftə Rusiya Müdafiə Nazirliyinə əsaslandırdığı xəbərində, Misirin təklifi ilə Qahirədə bir araya gələn Rusiya rəsmiləri və “Suriyalı mötədil qruplar” arasında müqavilə imzalandığını deyib. Bunun üzərinə Bəşşar Əsəd rejimi, Şərqi Gutaya təşkil etdiyi hücumları dayandırdığını bildirmişdi.

Qeyd edək ki, Şərqi Quta, Türkiyə, Rusiya və İranın 3-4 May tarixində Astana toplantısında müəyyən etdiyi 4 atəşkəs elan olunan bölgəsi içində yer alır.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR