Hindistanda dəhşətli hadisə baş verib. Rafiqul Islam adlı şəxs, həyat yoldaşı Hawa Akhterə “Sənə sürprizim var” deyərək onun gözlərini bağlayır.
VOİCEPRESS Hindistan KİV-ə istinadən xəbər verir ki, daha sonra xanımın ağzını bağlayaraq onun bütün barmaqlarını kəsir. Səbəbini soruşanda isə Rafiqul İslam belə cavab verib: “Ona neçə dəfə məktəbdən çıxmasını dedim. Qadının təhsil almağı düzgün deyil. O isə məni dinləmədi ona görə də onun barmaqlarını kəsdim ki, yazı yaza bilməsin.”
Bütün bunlara baxmayaraq Hawa Akhter təhsilinə davam etməyi düşünür. O indi valideynləri ilə qalır və sol əli ilə yazı yazmağı öyrənir.
VOİCEPRESS.AZ