DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Ərdoğanın Qüds çağırışına ABŞ da dəstək verdi

Müsəlman liderlər Rəcəb Tayyib Ərdoğanın çağırışına əməl edərək birlik nümayiş etdirməlidir.VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə ABŞ Müsəlman Təşkilatları…

|
Ərdoğanın Qüds çağırışına ABŞ da dəstək verdi

Müsəlman liderlər Rəcəb Tayyib Ərdoğanın çağırışına əməl edərək birlik nümayiş etdirməlidir.

VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə ABŞ Müsəlman Təşkilatları Şurasının Baş katibi Üsamə Camal danışıb.

Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıyacağı barədə məlumatlara bir çox ölkədən reaksiya gəldiyini bildirən Camal ən ciddi reaksiyanı Türkiyənin nümayiş etdirdiyini bildirib.

“Yalnız Ərdoğan İsrailə qarşı fikirlərini yüksək səviyyəyə qaldırdı və məsələnin sadəcə Fələstin deyil, ümmət məsələsi olduğunu bildirdi. Məsələ ilə bağlı digər müsəlman liderlərin dəstək olaraq qırmızı xətti daha aydın şəkilə necə ifadə edəcəyini görəcəyik. Bu şəhər, israilli rəsmilərin əksinə olaraq, müsəlmanların əlində bütün ibrahimi inanclar üçün etibarlı şəhər olub”, – Camal bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qüdsün bütün müsəlman dünyası üçün qırmızı xətt rolunu oynadığı fikrini səsləndirmişdi.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR