Türkiyənin İstanbul şəhərində intihara cəhd edib özünü körpüdən atmaq istəyən Vəzir Çatraş adlı vətəndaş təsadüfən həmin yoldan keçən prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən xilas edilmişdi.
Bu hadisədən 2 il sonra V.Çatraş polis tərəfindən saxlanılıb.
Buna səbəb isə həyat yoldaşı ilə münasibəti olan kişini evində boğaraq yandırması olub.
VOİCEPRESS Türkiyə KİV-nə istinadən xəbər verir ki, polisə ifadəsi zamanı işlədiyi cinayəti etiraf edən V.Çatraş cinayəti törədərkən tək olmadığını da bildirib.
2015-ci ildə prezindent Ərdoğan tərəfindən intihara cəhddən xilas edilən cinayətkar o zaman işsiz qaldığını və maddi çətinlikləri olduğunu bildirmişdi. Prezidentlə tanışlıqdan dərhal sonra isə ictimai təşkilatların birində işə başlamışdı.
VOİCEPRESS.AZ