VOİCEPRESS xəbər verir ki, Ərdoğan Suriya, İraq, Liviya, Fələstində yaşananların göz qabağında olduğunu, Əl-Əqsanın da bütün bunlara bir nümunə olduğunu söyləyib.
“Qüdsdə törədilən hüquq pozuntuları müsəlmanların da başqalarının hüquqlarını pozacaına dəlalət etmir. Əsla belə bir şey ola bilməz. Başqa dinlərə mənsub insanların ibadət yerlərinə xələl gətirmək bizim mədəniyyətimizdə əsla yoxdur. Əl-Əqsada sakitliyin bərqərar olması üçün ciddi səy göstəririk. İsrail hüquqa, insan dəyərlərinə uyğun davranmalıdır. Bölgədə gərginliyi artıracaq addımlardan geri çəkilməlidir”, – Ərdoğan vurğulayıb.
VOİCEPRES.AZ