DOLAR
49,24 ₺
EURO
55,16 ₺
STERLİN
65,23 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Əl-Bağdadi sağdır

Bir neçə ay bundan əvvəl mətbuatda ölüm xəbəri yayılan "İslam dövləti" terror təşkilatının lideri Əbu Bəkr Əl-Bağdadi qruplaşmanın üzvlərinə müraciət…

|
Əl-Bağdadi sağdır

Bir neçə ay bundan əvvəl mətbuatda ölüm xəbəri yayılan “İslam dövləti” terror təşkilatının lideri Əbu Bəkr Əl-Bağdadi qruplaşmanın üzvlərinə müraciət edib.

VOİCEPRESS xarici KİV-nə istinadən bildirir ki, audioyazı terror təşkilatının təbliğatı ilə məşğul olan “Əl-Furkan” nəşrində dərc olunub.

Qeyd olunur ki, Əl-Bağdadi öz çıxışında İŞİD-lə Suriya və İraq hökumət qüvvələri arasında baş verənlərədən xəbərdar olduğunu bildirib.

Nəşr qeyd edir ki, İŞİD liderinin Şimali Koreyanın ABŞ və Yaponiyanı hədələməsindən danışması çıxışın cari ilin sentyabr ayında yazıldığının sübutudur.

Əl-Bağdadinin bundan əvvəlki audioyazısı 2016-cı ilin noyabr ayında yayılmışdı.

Onu da xatırladaq ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi bu ilin iyununda aviazərbələr nəticəsində “İslam dövləti”nin lideri Əbu Bəkr Əl-Bağdadinin məhv edilməsi barədə məlumat yaymışdı.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR