Hamburqdakı (Almaniya) “Peter Döhle Schiffahrts-KG” gəmiçilik şirkətinə məxsus “Demeter” konteynerdaşıyan gəmisi Nigeriyanın Port-Harkort limanından cənubda yerləşən Biafra körfəzində olarkən 8 dəniz qulduru həmin gəmiyə hücum edib.
VOİCEPRESS xəbər verir ki, cinayətkarlar sürətli motorlu qayıqdan gəmiyə keçib və heyət üzvlərindən 6 nəfərini, o cümlədən gəminin kapitanını oğurlayıblar.
Dəniz quldurları gəmini tərk edəndən sonra “Demeter” orada qalmış 12 heyət üzvü ilə yoluna davam edib. Bu şəxslər hücumdan zərər çəkməyiblər. Hazırda gəmi təhlükəsiz sulardadır.
Beynəlxalq Dəniz Bürosunun verdiyi məlumata görə, cari ilin ilk 9 ayı ərzində beynəlxalq sularda 121 quldurluq və silahlı qarət hadisəsi qeydə alınıb.
VOICEPRESS.AZ