DOLAR
49,24 ₺
EURO
55,16 ₺
STERLİN
65,23 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Dağıstanlı əsgər 3 rus əsgərini öldürdü, ikisini yaraladı

Rusiyanın Amur vilayətində hərbçilərə hücum edən şəxs təşkil olunan əməliyyat zamanı öldürülüb.VOİCEPRESS xəbər verir ki, Şərq Hərbi Dairəsinin komandanlığı…

|
Dağıstanlı əsgər 3 rus əsgərini öldürdü, ikisini yaraladı

Rusiyanın Amur vilayətində hərbçilərə hücum edən şəxs təşkil olunan əməliyyat zamanı öldürülüb.

VOİCEPRESS xəbər verir ki, Şərq Hərbi Dairəsinin komandanlığı cinayətkarın silahla müqavimət göstərdiyini açıqlayıb.

“Şərq Hərbi Dairəsinin terrorla mübarizə birləşmələrinin keçirdiyi xüsusi əməliyyat nəticəsində müqavimət göstərən şəxs ölümcül yara alıb”, – açıqlamada deyilir.

Hərbçilərə atəş açan şəxsin kimliyi də müəyyən edilib. Həmin şəxs Dağıstan respublikasından olan Həsən Əbdüləhədovdur. O, 2017-ci ilin sentyabr ayının sonuna qədər rabitə batalyonunda sürücü-elektrik kimi xidmətdə olub.

Qeyd edək ki, ötən gün Rusiyanın Amur əyalətində poliqonda təlim atışları zamanı əsgərlərdən biri silahı öz yoldaşlarına tərəf çevirərək atəş açıb. Hadisə nəticəsində bir zabit və əsgər dünyasını dəyişib, daha iki hərbi qulluqçu isə yaralı vəziyyətdə hospitala çatdırılıb.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR