VOİCEPRESS New York Daily News-a istinadən bildirir ki, aktrisanın dediyinə görə, əlil arabasına məhkum olan 93 yaşlı Corc Buş ona təcavüz etməyə çalışıb.
İddiaya görə, olay 4 il əvvəl, AMC kabel telekanalı ilə nümayiş olunan “Turn: Washington’s Spies” teleserialının premyerasındakı fotosessiya zamanı yaşanıb.
“O, əlimi sıxmadı. Əlil arabasında oturmuş Corc Buş əli ilə arxama toxundu. Buşun xanımı Barbara Buş bu zaman yanımızda durmuşdu. Sonra Corc Buş mənimlə tərbiyəsiz zarafat etdi. Fotolarımızı çəkməyə başlayanda yenə arxama toxundu. Barbara köks ötürdü, sanki, “Yenə də etmə!” deyirdi”, – aktrisa İnstagram-dakı akkauntunda yazıb.
H.Lindin sözlərinə görə, “sabiq prezident səlahiyyətlərindən və durumundan cəmiyyətə xidmət etmək, demokratiyanın simvolu olmaq əvəzinə bir çox qadınlara qarşı yararlanıb”: “Mənə ürək-dirək verən yalnız prezidentin gücündən o qədər də fərqlənməyən qüvvəmdən istifadə edə bilməyimdir. Demokratiyamın simvolu ola bilərəm. Onu “prezident” adlandırmaqdan imtina edərək hakimiyyətdən sui-istifadə ilə bağlı digər faktlara diqqəti yönəldə bilərəm. Məruz qaldıqları təcavüzlər və təcavüz cəhdləri haqqında danışan qadınlara cəsarətlərinə görə təşəkkür edirəm. Corc Buşa göstərdiyi sayğı jestinə görə Barak Obamaya da minnətdaram. Amma mən Corc Buşa sayğı bəsləmirəm”.
Bu açıqlamanı İnstagram-da yayandan bir neçə saat sonra H.Lind statusunu silib.
VOİCEPRESS.AZ