Fələstin hökuməti ABŞ-la bütün əlaqələrini kəsib.
VOİCEPRESS.AZ “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, qərara səbəb kimi Fələstin Azadlıq Təşkilatının (FƏT) ABŞ-da nümayəndəliyinin bağlanılması göstərilib.
Qeyd edək ki, ABŞ hökuməti FƏT-in İsraillə sülh müzakirələrində birbaşa iştirak etməyəcəyi və Beynəxalq Arbitraj Məhkəməsinə rəsmi Tel-Əvivlə bağlı şikayəti geri götürməyəcəyi təqdirdə FƏT ofisinin lisenziyasını ləğv edəcəyi barədə məlumat yaymışdı.
VOİCEPRESS.AZ