Ərbil ilə rəsmi Bağdad arasındakı vəziyyəti yaxından izləyirik.
VOİCEPRESS-in verdiyi xəbərə görə, bu sözləri BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
“BMT-ni bölgədəki vəziyyətin qaydasına düşməsi üçün heç bir addım atmamaqda ittiham edənlər bilsin ki, biz bütün prosesləri yaxından təqib edirik”, – Düjarrik bildirib.
Qeyd edək ki, sentyabrın 25-də İraq Kürd Muxtariyyətində müstəqillik referendumu keçirilib. BMT referendumdan əvvəl İraqın ərazi bütövlüyünü dəstəklədiklərini bildirmişdi.
VOİCEPRESS.AZ