DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Bərzani referendumu ləğv edir?

İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani Ali Şuranın iclasını keçirib.VOİCEPRESS xəbər verir ki, iclas zamanı Şuranın adının İraq Kürdüstanı Siyasi…

|
Bərzani referendumu ləğv edir?

İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani Ali Şuranın iclasını keçirib.

VOİCEPRESS xəbər verir ki, iclas zamanı Şuranın adının İraq Kürdüstanı Siyasi Liderliyi olması haqda qərar qəbul edilib. Bu ifadə – İraq Kürdüstan Siyasi Liderliyi “Kürdüstan”ın İraqa bağlı olmasına razılıq verməsi kimi qiymətləndirilib. Lakin Bərzaninin baş müşaviri Hemin Hevrami Şuranın adına “İraq” sözünün artırılmasını belə izah edib:

“Bizim “İraq” sözünü əlavə etməyimiz “Kürdüstan”ın İraqın tərkibinə keçməsi, müstəqillikdən imtina etməyimiz kimi başa düşülməməlidir. Bununla biz Kürdüstanı dövlətləşdirmək istəyirik. Bu, Şuranın digər ərazilərdəki kürd torpaqları ilə əlaqəsi olmadığını vurğulaması deməkdir. Yəni bu Şura məhz İraq Kürdüstanına aiddir”.

Qeyd edək ki, sentyabrın 25-də İraq Kürd Muxtariyyətində müstəqillik referendumu keçirilib. Rəsmi Bağdad referendumu tanımadığını və Kərkükü Kürd Muxtariyyətinə vermək niyyətində olmadığını açıqlayıb.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR