Brüsseldə Avropa Şurasının (AŞ) binasında təxliyə işləri aparılıb.
VOİCEPRESS xəbər verir ki, buna binanın texniki hissəsindəki ventilyasiya sistemində yaranan nasazlıq səbəb olub. Təhlükəsizlik məqsədilə binadakı insanlar təxliyə edilib.
Bir neçə nəfərin toksiki buxardan zəhərləndiyi bildirilir.
AŞ-nin məlumatında hadisənin mətbəxdə qeydə alındığı, zəhərlənənlərin də mətbəxdə çalışan bir neçə əməkdaş olduğu deyilir.
Əraziyə təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb olunub.
VOİCEPRESS.AZ