DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Avropa Komissiyası yay vaxtının ləğv olunması məsələsini araşdırır

Avropa Komissiyası yay vaxtına keçidin ləğv olunmasının nə dərəcədə məqsədəuyğun olduğunu araşdırır.VOİCEPRESS bildirir ki, bu barədə "Frankfurter Allgemeine…

|
Avropa Komissiyası yay vaxtının ləğv olunması məsələsini araşdırır

Avropa Komissiyası yay vaxtına keçidin ləğv olunmasının nə dərəcədə məqsədəuyğun olduğunu araşdırır.

VOİCEPRESS bildirir ki, bu barədə “Frankfurter Allgemeine Zeitun” qəzeti məlumat verir.

“Avropa komissiyası artıq yay vaxtının ləğv olunmasına tələbatın nə dərəcədə olduğunu yoxlayır. Hal-hazırda məsələ bütün mövcud məlumatlar nəzərə alınmaqla öyrənilir”, – deyə Komissiya nümayəndəsi bildirib.

Xatırladaq ki, Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən Azərbaycanda ötən ilin mart ayından etibarən yay vaxtına keçid ləğv olunub.

“Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Milli Elmlər Akademiyasının təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli 21 nömrəli qərarı ləğv edilsin”, deyə qərarda bildirilir.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR