DOLAR
49,24 ₺
EURO
55,16 ₺
STERLİN
65,23 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

ATƏT-in Media azadlığı üzrə nümayəndəsi Mehman Əliyevin azad edilməsi ilə bağlı qərarı alqışlayıb

ATƏT-in Media azadlığı məsələləri üzrə nümayəndəsi Arlem Dezir "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin azad edilməsi ilə bağlı qərarı…

|
ATƏT-in Media azadlığı üzrə nümayəndəsi Mehman Əliyevin azad edilməsi ilə bağlı qərarı alqışlayıb

ATƏT-in Media azadlığı məsələləri üzrə nümayəndəsi Arlem Dezir “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin azad edilməsi ilə bağlı qərarı alqışlayıb.

VOİCEPRESS bildirir ki, A.Dezir bununla bağlı bəyanatında bildirib: “Mən hakimiyyət tərəfindən atılmış bu müsbət addımı alqışlayıram və onları Mehman Əliyevə qarşı bütün ittihamları aradan qaldırmağa çağırıram”.

Həmçinin A.Dezir bu məsələ ilə bağlı Azərbaycanla dialoqun yüksək qiymətləndirildiyini bildirib.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev “Turan” İnformasiya Agentliyinin direktoru barədə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması məsələsinə baxılması üçün aidiyyəti orqanlara tapşırıq verib.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qeyd edib ki, bu qərar Azərbaycanda demokratik prinsiplərin, söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin müstəqilliyinin və jurnalistlərin sərbəst fəaliyyətinin təmin edilməsinə dair Azərbaycan Prezidentinin dəyişməz mövqeyi və ali iradəsinin təcəssümüdür.

Mehman Əliyev 2017-ci il avqustun 24-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR