DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Argentinanın sualtı qayığı yoxa çıxıb – Ümidlər tükənir

Argentina Hərbi-Dəniz Qüvvələrinin "ARA San Juan TR-1700" dizel-elektrik sualtı qayığı itkin düşüb. Ölkə sahillərinin yaxınlığında, Uşuayadan Mar delo Plataya…

|
Argentinanın sualtı qayığı yoxa çıxıb – Ümidlər tükənir

Argentina Hərbi-Dəniz Qüvvələrinin “ARA San Juan TR-1700” dizel-elektrik sualtı qayığı itkin düşüb. Ölkə sahillərinin yaxınlığında, Uşuayadan Mar delo Plataya yollanarkən yoxa çıxmış sualtı qayığın axtarışları davam edir.

VOİCEPRESS.AZ El Mundo-ya istinadən bildirir ki, son rabitə seansı zamanı qayığın kapitanı “San Juan”da akkumulyator batareyaları ilə bağlı problem yarandığını bildirmişdi. Bundan sonra “San Juan”a paytaxt Buenos-Ayresdən 44 km cənubdakı Mar del Plata limanına yollanmaq əmr olunmuşdu.

44 nəfərlik heyəti olan qayıq Almaniyada inşa olunub və 1985-ci ildən bəri Argentinanın HDQ-nin tərkibindədir. Uzunluğu 66 metr olan qayıq 25 knot/saat sürətə malikdir.

Dünən “San Juan”ın yoxa çıxdığı bölgədə saltı səslər qeydə alınıb.

HDQ-nin yetkilisi Enrike Balbinin dediyinə görə, səslər sualtı qayığa aid deyil.

Həmin səsləri “San Juan”ın axtarışlarında iştirak edən iki gəmi sahildən 360 km aralıda, sualtı yamacda qeydə alıblar.

“San Juan” sualtı qayığı noyabrın 15-də yoxa çıxıb. Hərbi ekspertlərin dediklərinə görə, qayıqda olan oksigen ehtiyatı bu gün bitəcək.

Hazırda sualtı qayığın axtarışlarında Çili, Uruqvay, Peru, Braziliya, Britaniya və ABŞ da iştirak edir.

ABŞ axtarışlara Antarktidada elmi tədqiqatlarda istifadə olunan NASA P-3 Orion və “sualtı qayıq ovçusu” adlandırılan P-8A Poseidon təyyarələrini, Britaniya isə HMS Protector qütb gəmisini yollayıb.


VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR