DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Abxaziyanı daha bir ölkə tanıyacaq

Abxaziya və Suriya arasında qarşılıqlı münasibətlərin aktivləşməsi, ikitərəfli səfərlərin təşkili Gürcüstanı narahat etməyə başlayıb.VOİCEPRESS xəbər verir ki…

|
Abxaziyanı daha bir ölkə tanıyacaq

Abxaziya və Suriya arasında qarşılıqlı münasibətlərin aktivləşməsi, ikitərəfli səfərlərin təşkili Gürcüstanı narahat etməyə başlayıb.

VOİCEPRESS xəbər verir ki, Gürcüstanın “Rezonansi” qəzeti Gürcüstanın Abxaziyanın Suriya tərəfindən tanınacağından qorxduğunu bildirib. “Rezonansi”yə açıqlama verən gürcü hərbi ekspert Mamuka Areşidze Suriyanı Abxaziyanı yada salmağa Rusiyanın məcbur etdiyini söyləyib:

“Görünür, Suriyanın indiki rəhbərliyi Rusiya ilə hesablaşır və belə addım atmağa məcbur olur. Doğrudur, Suriyada abxazlar yaşayırlar, amma bu say o qədər çox deyil ki, Dəməşq Suxumi yaxınlaşma prosesini başlatsın. Bunun Rusiyanın tələbi ilə gerçəkləşməsi aydındır. Suriyanın Abxaziyanın müstəqilliyini tanıyacağı ehtimalı böyükdür”.

Qeyd edək ki, avqustun 16-da Abxaziya nümayəndə heyəti Suriyaya səfər edib. Onlar burada Suriyanın rəsmi şəxsləri ilə görüşüblər. Suriya tərəfinin nümayəndələri isə sentyabrın 27-də Abxaziyada olublar.

Abxaziya Gürcüstanın tərkib hissəsidir. Bu qondarma ölkəni indiyə qədər Rusiya, Nikaraqua, Venesuela, Nauru və Tuvalu tanıyıb.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR