ABŞ hökuməti rəsmən BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Agentliyindən (YUNESKO) çıxdığını elan edəcək.
VOİCEPRESS xəbər verir ki, bu barədə informasiyanı “Foren Polisi” qəzeti yayıb. Qəzet Vaşinqtonun öz qərarını gələn həftə elan edəcəyini bildirib.
ABŞ-ın təşkilatdan çıxmağına səbəb kimi maliyyə vasitələrinə qənaət və YUNESKO-da antiisrail qətnamələrinin qəbuluna etiraz məsələlərini göstəriləcək. Vaşinqton YUNESKO-dan çıxsa da, bu təşkilatda müşahidəçi statusunu qoruyub saxlayacaq.
VOİCEPRESS.AZ