DOLAR
49,24 ₺
EURO
55,16 ₺
STERLİN
65,23 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

ABŞ İraqda daha bir hərbi baza qurdu

ABŞ-ın İraqın Ərbil şəhərinin Mahmur rayonunun şərqində hərbi baza qurub. VOİCEPRESS xəbər verir ki, məqsəd Kərkük vilayətinin Havicə rayonunu İŞİD terror…

|
ABŞ İraqda daha bir hərbi baza qurdu

ABŞ-ın İraqın Ərbil şəhərinin Mahmur rayonunun şərqində hərbi baza qurub.

VOİCEPRESS xəbər verir ki, məqsəd Kərkük vilayətinin Havicə rayonunu İŞİD terror qruplaşmasından təmizləmək üçün əməliyyatlara başlayan İraq ordusuna və peşmərgələrə dəstəkdir.

Hərbi baza Ərbil şəhərindən 40 kilometr məsafədə yerləşir. Artıq Kayyara hərbi bazasındakı hərbi avadanlıqların əksəriyyətini Mahmura köçürüb. Bazada xeyli sayda ağır zirehli texnika, top, pilotsuz təyyarələr var.

Qedy edək ki, ABŞ 2016-cı ilin martında Mosulun İŞİD terror qruplaşmasından təmizlənməsi əməliyyatı zamanı da Kayyara hərbi bazasını qurub.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR