ABŞ qoşunları İŞİD məğlub olanadək İraqda qalacaq.
VOİCEPRESS xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib.
“Terrorçular İraqda tam məhv olanadək, biz İraqda qalacağıq”, deyə R.Tillerson bildirib.
O həmçinin qeyd edib ki, İraqın baş naziri Heydər əl-Abadi ABŞ əsgərlərinin ölkəni tərk etməsini tələb etməyib.
VOİCEPRESS.AZ