DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

ABŞ-ın səbri tükənir: Türkiyə və Səudiyyə…

ABŞ-ın müttəfiqlərinin silah arsenalını artırması rəsmi Vaşinqtonu narahat edən məsələlərdəndir.VOİCEPRESS xəbər verir ki, bu sözləri Rusiyanın Strateji və…

|
ABŞ-ın səbri tükənir: Türkiyə və Səudiyyə…

ABŞ-ın müttəfiqlərinin silah arsenalını artırması rəsmi Vaşinqtonu narahat edən məsələlərdəndir.

VOİCEPRESS xəbər verir ki, bu sözləri Rusiyanın Strateji və Texnoloji Analitika Mərkəzinin rəhbər müavini Konstantin Makiyenko Türkiyə və Səudiyyə Ərəbistanının S-400 raket sistemi ilə bağlı həmlələrini şərh edərkən deyib.

“Əlbəttə, amerikalıların bundan xoşu gəlmir. Onlar ənənəvi olaraq Rusiyanın bütün silah müqavilələrini pozmağa çalışırlar. 1994-cü ildə MİQ təyyarələrinin Malaziyaya satılmasının qarşısını almaq üçün çalışdılar. O tarixdən bəri hədəfləri budur. Həm Ankaranın, həm də Ər-Riyadın S-400 sistemlərini alması onların Rusiyaya olan hörmət və ehtiramının göstəricisidir”, – ekspert bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı və Türkiyə hökumətləri Rusiyadan S-400-ün alışı ilə bağlı ilkin razılığa gəliblər.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR