DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

ABŞ Fələstindən İsraili tanımasını istədi

ABŞ Fələstindən Qəzza zolağına tam nəzarəti bərpa etməsini və İsraili tanımasını istəyir.VOİCEPRESS xəbər verir ki, bu barədə Trampın beynəlxalq danışıqlar…

|
ABŞ Fələstindən İsraili tanımasını istədi

ABŞ Fələstindən Qəzza zolağına tam nəzarəti bərpa etməsini və İsraili tanımasını istəyir.

VOİCEPRESS xəbər verir ki, bu barədə Trampın beynəlxalq danışıqlar üzrə xüsusi nümayəndəsi Ceyson Qrinblatt danışıb.

“Bütün tərəflər Fələstinin Qəzza zolağında vətəndaş cəmiyyəti və təhlükəsizlik məsələləri üçün tam, əsl və maneəsiz məsuliyyət daşımasının vacibliyini qəbul edirlər. Biz orada yaşayan fələstinlilərin humanitar vəziyyətinin yaxşılaşdırılması üçün birlikdə çalışırıq. İstənilən Fələstin hökuməti birmənalı və birbaşa şəkildə zorakılıqdan imtina etməli, İsrail dövlətini tanımalı, əvvəlki müqavilələr və tərəflər arasındakı öhdəliklərə, o cümlədən terrorçuların silahsızlaşdırılması və sülh danışıqlarına sadiq olduqlarını bildirməlidir”, – Qrinblatt deyib.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR