VOİCEPRESS xəbər verir ki, bu barədə “Haber 7” informasiya yayıb.
Məlumata görə, Türkiyəyə nota göndərən Vaşinqton Mətin Topuzun istifadə etdiyi mobil telefonun ABŞ-a məxsus olduğunu bildirərək ən qısa zamanda konsulluğa qaytarılmasını tələb edib.
“Mətin Topuza aid “…” markalı mobil telefon və ya “…” nömrəli SİM kartla bağlı istənilən məlumat Konsulluq münasibətlərinə dair Vyana razılaşmasının 33-cü maddəsinə əsasən Konsulluq arxivi və sənədlərinə aiddir”, – notada deyilib.
Qeyd edək ki, ABŞ-ın İstanbul Konsulluğunun əməkdaşı Mətin Topuzun FETÖ istintaqı çərçivəsində tutulması Ankara ilə Vaşinqton arasında viza böhranına səbəb olmuşdu.
VOİCEPRESS.AZ