VOİCEPRESS.AZ xəbər verir ki, nazirlik bu şəxs və şirkətlərin SEPAH-a müxtəlif vacib məhsulların Avropa vasitəsilə tədarükünü təşkil etdiyini bildirib. Vaşinqton tədarükün saxta Yəmən valyutası ilə maliyyələşdirildiyini vurğulayıb.
Maliyyə Nazirliyi sanksiyalara “Tejarat Almas Mobin Holdinq”, “Pardaveş Tasvir Rayan”, Almaniyada yerləşən “Forent Texnik”, “Printinq Treyd Sentə” şirkətlərinin məruz qaldığını bildirib. Qara siyahıya həmçinin biznesmen Rza Heydəri və Mahmud Seyfi də düşüb.
Qeyd edək ki, Qüds briqadasına məşhur general Qasım Süleymani rəhbərlik edir.
VOİCEPRESS.AZ