ABŞ-ın dövlət katibi Reks Tillerson Dövlət Departamentinin yenidən təşkili çərçivəsində təxminən 30 xüsusi səfir vəzifəsinin ləğvini təklif edib. Onların arasında Minsk qrupunda Suriya böhranı və Qarabağ münaqişəsi ilə məşğul olanlar da var.
VOİCEPRESS.AZ-ın Politico nəşrinə istinadən verdiyi xəbərə görə, Tillersonun Senatın xarici əlaqələr komitəsinin sədri Bob Korkerə göndərdiyi məktubda belə deyilir.
Məktubda xüsusi qeyd edilir ki, Avropa və Avrasiya işləri üzrə Büro ATƏT-in Minsk qrupunda ştatını və böyük nümayəndə funksiyalarını saxlayacaq.
“Vəzifə ləğv ediləcək, amma Avropa və Avrasiya işləri üzrə dövlət katibi köməkçisinin müavini funksiyaları yerinə yetirməkdə davam edəcək. Avropa və Avrasiya işləri üzrə Büronun öhdəsində bir yer və köməkçi xərclər şəklində 182.000 dollar qalacaq” – məktubda deyilir.
VOİCEPRESS.AZ