Ordumuzun nəzarətinə keçən Kərkükdə təhlükəsizlik tam təmin edilib.
VOİCEPRESS xəbər verir ki, bu sözləri İraq Baş naziri Heydər Abadi deyib.
“Kərkük yerli polis əməkdaşlarının nəzarətindədir. Kərkükdə hüquq-mühafizə orqanları bütün vətəndaşların təhlükəsizliyini qorumaq vəzifəsinə sahibdir”, – Abadi bildirib.
Qeyd edək ki, İraq ordusu Kərkükün mərkəzinə nəzarəti ələ keçirib.
VOİCEPRESS.AZ