Silahlı Qüvvələrimiz heç bir halda ərəb və ya kürd vətəndaşlarımıza hücum etməz.
VOİCEPRESS xəbər verir ki, bu sözləri İraq Baş naziri Heydər Abadi deyib.
“Dünya mediasında yalan xəbərlər yayılır və bu, çox acınacaqlıdır”, – Abadi bildirib.
Qeyd edək ki, bir qədər əvvəl 50 minlik İraq ordusunun Bərzaninin rəhbərlik etdiyi peşmərgə qüvvələrinə qarşı əməliyyat hazırlaması ilə bağlı xəbərlər yayılıb.
VOİCEPRESS.AZ