Rusiyalı politoloqun fikrincə, Yerevandakı müəyyən qüvvələrin hərəkətləri göstərir ki, Azərbaycan münaqişənin siyasi yolla həllinə nə qədər səy göstərirsə, Ermənistan bir o qədər müharibəni alovlandırmağa çalışır.
“Çox ümid edirəm ki, Azərbaycan özünü sivil dövlət kimi layiqli aparacaq və qarşı tərəfə elə bu cür iyrənc yolla cavab verməyəcək. Belə barbarlıq səviyyəsinə enmək olmaz”, – Y.Mixaylov bildirir.
Eyni zamanda, ekspert əmindir ki, Azərbaycanda kifayət qədər ixtisaslı kadr tapılar ki, cəhbəyanı bölgədə 2 yaşlı Zəhra Quliyevanın qatilini müəyyən etsin və zərərsizləşdirsin.
VOİCEPRESS.AZ