VOİCEPRESS xəbər verir ki, bu barədə Venesuelanın rabitə və informasiya naziri Ernesto Vilyeqas bildirib.
“Bir nəfər respublikaya qarşı silah qaldırıb. O, helikopteri qaçıraraq Ali Məhkəmənin binasına hücum edib”, – deyə o qeyd edib.
Məlumatı Venesuela prezidenti Nikolas Maduro təsdiqləyib.
“Helikopterdə olanlardan biri ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə təmasda olan sabiq DİN rəhbəri Rodriqes Torresin pilotu olub”, – deyə Maduro qeyd edib.
Onun sözlərinə görə, helikopterdən məhkəmə binasına iki əl qumbarası atılıb. Onlardan biri yalnız biri partlayıb: “İnsident nəticəsində yüzlərlə insan yaralana bilərdi”.
VOİCEPRESS.AZ