DOLAR
49,25 ₺
EURO
55,37 ₺
STERLİN
65,34 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Türkiyədən ABŞ-ın YPG-yə silah yardımına sərt REAKSİYA

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın YPG-yə (kürd özünümüdafiə dəstələri) silah yardımına sərt reaksiya verib.VOİCEPRESS xəbər verir ki…

|
Türkiyədən ABŞ-ın YPG-yə silah yardımına sərt REAKSİYA

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın YPG-yə (kürd özünümüdafiə dəstələri) silah yardımına sərt reaksiya verib.

VOİCEPRESS xəbər verir ki, nazir YPG-yə verilən hər bir silahın Türkiyəyə yönələn təhdid olduğunu bildirib:

“Suriyanın ərazi bütövlüyünü dəstəkləyiriksə, yanlış addımlar atmamalıyıq. YPG və PKK ikisi də terror təşkilatıdır. Aralarında heç bir fərq yoxdur, sadəcə adları fərqlidir. Bunların əlinə keçən hər bir silah Türkiyəyə yönələn təhdiddir. Bizim bu məsələ ilə bağlı mövqeyimizi ABŞ rəhbərliyi də çox yaxşı bilir”.

M.Çavuşoğlu əlavə edib ki, bu məsələ Vaşinqtonda prezidentlər Rəcəb Tayyib Ərdoğan və Donald Trampın görüşündə də müzakirə olunacaq.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR