A.Çiçek deyib ki, ölənlər arasında xarici turistlər yoxdur: “Avtobusdakı turist qrupunun əksəriyyəti qadın və uşaqlardan ibarət olub. Onlar İzmirdən Marmarisə gedirmişlər”.
İlkin ehtimala görə, avtobusun əyləc sistemi sıradan çıxıb. Faktla bağlı araşdırma aparılır.
14:56
Türkiyədə turistləri daşıyan avtobus aşıb. VOİCEPRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, qəza turist zonası hesab edilən Marmaris ərazisində, Muğla- Marmaris yolunda, döngədə olub. Avtobus uçurumdan yuvarlanıb
Türkiyədə baş verən qəzada ölənlərin sayı açıqlanıb. Muğla Valiliyindən verilən məlumata görə, avtobusda ümumilikdə 43 nəfər olub.
Qəza nəticəsində onlardan 17-i ölüb, 13 nəfər isə yaralanıb.
VOİCEPRESS.AZ