Türkiyə Silahlı Qüvvələrinin PKK-ya qarşı son bir həftə ərzində keçirdiyi əməliyyatlar nəticəsində 79 terrorçu məhv edilib.
VOİCEPRESS “Yeni Şəfəq”ə istinadən xəbər verir ki, əməliyyatlar nəticəsində 5 türk əsgəri şəhid olub, 15-i yaralanıb.
Əməliyyatlar Hakkari, Şırnak, Diyarbəkir, Mardin, Van, Batman və Siirt vilayətlərini əhatə edib. Terrorçulara ağır zərbə vuran türk əsgəri çox sayda silah-sursat ələ keçirib.
VOİCEPRESS.AZ