DOLAR
49,24 ₺
EURO
55,16 ₺
STERLİN
65,23 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Tramp CNN-i yumruqlayıb yerə sərdi – VİDEO

ABŞ prezidenti Donald Tramp Twitter-dəki mikrobloqunda qısa video yayıb. Videoda o, üzü CNN loqotipi ilə örtülmüş insanla restlinq güləşinə çıxır, "qurban"ını…

|
Tramp CNN-i yumruqlayıb yerə sərdi – VİDEO

ABŞ prezidenti Donald Tramp Twitter-dəki mikrobloqunda qısa video yayıb. Videoda o, üzü CNN loqotipi ilə örtülmüş insanla restlinq güləşinə çıxır, “qurban”ını yumruqlayıb yerə yıxır.

VOİCEPRESS NBC-yə istinadən bildirir ki, bu video 2007-ci ildə çəkilmiş görüntülərin videoredaktor proqramı vasitəsilə dəyişdirilmiş versiyasıdır. 10 il əvvəl çəkilmiş videoda Tramp WWE franşizasının sahibi Vins Makmenə hücum edərək onu yerə yıxmışdı. Bu “hücum” şounun ssenarisində əvvəlcədən nəzərdə tutulmuşdu.

D.Tramp paylaşdığı videonu #FraudNewsCNN və #FNN heşteqləri ilə müşayiət edərək CNN-nin feyk, saxta xəbərlər yaydığına işarə vurub.

Telekorporasiya isə ABŞ prezidentini mediaya nifrət aşılamaqda suçlayıb.

“Bu, zorakılığa birbaşa çağırışdır. Ona görə jurnalistlərdən kimisə öldürə bilərlər. Amma hər şeyə rəğmən çalışmağa davam edəcəyik. Azad ölkənin azad mediasıyıq. Donald Trampın xuliqanlığı bizi qorxuda bilməz”, – CNN-nin siyasi şərhçisi Ana Navarro deyib.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR