“İsrail ordusuna məxsus hərbi təyyarələr HƏMAS-a yaxın qruplaşmaların yerləşdiyi iki mövqeyi və Qəzzanın mərkəzindəki bir ərazini bombalayıb”.
VOİCEPRESS bildirir ki, bu sözləri İsrail ordusunun sözçüsü Aviçay Adri deyib.
O, hücumun Qəzzadan İsrailə atılan raketə cavab olduğunu açıqlayıb. Sözçü Qəzzanın HƏMAS-a görə məsuliyyət daşıdığını vurğulayıb.
Qeyd edək ki, ötən gün Qəzzadan İsrailin cənubuna raket atıldığı iddia edilmişdi.
VOİCEPRESS.AZ