Aylardır Mosulda İraq ordu birliklərinə müqavimət göstərən İŞİD qanlı terror təşkilatının taleyi artıq həll olunur.
VOİCEPRESS xəbər verir ki, İraqın dövlət televiziyası münaqişə bölgəsində azad edilməmiş son metrlər qaldığını və qısa müddətdə qələbənin elan ediləcəyini canlı yayımda bildirib.
Öz informasiya agentliyindən açıqlama yayan İŞİD isə Mosulda yenildiyini etiraf edərək bütün savaşçılarının Dəclə çayı kənarındakı meydanda ölənə qədər döyüşəcəklərini beldirdi.
Savaşın bu gün bitməsi ilə Mosul 264 gün mücadilənədn sonra azadlığa çıxmış olacaq.
VOİCEPRESS.AZ