DOLAR
49,24 ₺
EURO
55,16 ₺
STERLİN
65,23 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Rusiyanın ən zəngin məmurları

Forbes" jurnalı Rusiyanın ən zəngin məmurlarının siyahısını tərtib edib.VOİCEPRESS bildirir ki, siyahıya Ulan-Ude şəhər sovetinin deputatı Vadim Bredniya…

|
Rusiyanın ən zəngin məmurları

Forbes” jurnalı Rusiyanın ən zəngin məmurlarının siyahısını tərtib edib.

VOİCEPRESS bildirir ki, siyahıya Ulan-Ude şəhər sovetinin deputatı Vadim Bredniya başçılıq edir. Belə ki, onun ailəsinin 2016-cı ildəki illik gəliri 2,8 milyard rubl (46 milyon dollar) təşkil edib. “Vahid Rusiya” Partiyasının üzvü olan deputat 2009-cu ildə deputat seçilib. V.Bredniya bundan öncə bizneslə məşğul olub. O, 1995-ci ildə “Titan” adlı topdansatış ərzaq mağazası açıb.

İkinci yerdə senator Valeri Ponomaryov qərarlaşıb. O, Kamçatkadakı balıq sənayesi kompaniyası – “Okeanrıbflot”un şərikidir. Onun ailəsinin illik gəliri 43 milyon dollar təşkil edib.

Reytinqdə üçüncü yerdə Tatarıstan Respublikasının başçısı Rüstəm Minnixanov dayanır. Nəşrin məlumatına görə, onun ailəsinin 2016-cı ildəki gəliri 38 milyon dollar təşkil edib.

R.Minnixanov Tatarıstanın başçısı postunu 2010-cu ildən tutur. Buna qədər o, Tatarıstan hökumətinə başçılıq edib. R.Minnixanov, həmçinin “Tatneft” şirkətinin direktorlar şurasının sədridir.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR