Britaniyanın yeni “Kraliça Yelizaveta” təyyarədaşıyan gəmisi bizim “Admiral Kuznetsov”la müqayisədə böyük və rahat dəniz hədəfidir.
VOİCEPRESS xəbər verir ki, bu sözləri Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov deyib.
Britaniya Müdafiə naziri Maykl Fellonun öz gəmilərini “Admiral Kuznetsov”la müqayisədə mükəmməl adlandırması Rusiya tərəfinin etirazına səbəb olub. Məsələyə münasibət göstərən general-mayor “Kraliça Yelizaveta”nın yalnız qırıcıları havaya buraxmaq üçün bir vasitə olduğunu bildirib.
Xatırladaq ki, Britaniya Müdafiə naziri Maykl Fellon rusların Britaniyaya məxsus “Kraliça Yelizaveta” gəmisinə həsəd və heyranlıqla baxacağını demişdi.
VOİCEPRESS.AZ