DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Rusiya xilası üçün İrəvanı qurban verəcək?

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Rusiyanın hazırkı mövqeyi çox mürəkkəb və ziddiyyətlidir.VOİCEPRESS axar.az-a istinadən xəbər verir ki, bu…

|
Rusiya xilası üçün İrəvanı qurban verəcək?

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Rusiyanın hazırkı mövqeyi çox mürəkkəb və ziddiyyətlidir.

VOİCEPRESS axar.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq, keçmiş diplomat Fikrət Sadıqov deyib. Politoloqun sözlərinə görə, 25 ildən artıqdır ki, Dağlıq Qarabağ ətrafında gedən oyunlar Azərbaycanın maraqlarına cavab verməyən təklif və bəyanatlar fonunda daha kəskin hal almağa başlayıb:

“Azərbaycan maraqlarına zidd təklifləri heç vaxt ciddi qəbul etməyib. Çünki Azərbaycanın əsas məsələsi olan Dağlıq Qarabağ probleminin həlli hər zaman danışıqlardan kənarda qalıb və aparıcı dövlətlər mətləbdən yayınıblar. ATƏT-in Minsk Qrupu faktiki olaraq problemin həllinə çalışmır. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Rusiyanın hazırkı mövqeyi isə çox mürəkkəb və ziddiyyətlidir. Çünki Moskva bir tərəfdən İrəvana dəstək verir, digər tərəfdən isə Azərbaycanla tərəfdaşlıq münasibətlərini qorumaq və inkişaf etdirmək istəyir. Reallıq odur ki, Qərb Rusiyanı küncə sıxışdırıb. Ciddi sanksiyalar qarşısında qalan Rusiya hazırda yaranmış vəziyyətdən çıxış yolu axtar. Ancaq Rusiyada Azərbaycanın etibarlı tərəfdaş olduğunu gözəl anlayırlar. Bunu Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehranda zirvə toplantısı da təsdiq etdi. Azərbaycan BTQ-dən sonra tezliklə Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşmasında maraqlıdır. Moskva çox güman ki, belə bir vəziyyətdə Dağlıq Qarabağ məsələsində müəyyən irəliləyişə təkan verə bilər. Ancaq Vladimir Putin çalışacaq ki, bu, Moskva və İrəvanın maraqlarına zidd olmasın. Çox çətin bir missiyadır. Əgər Moskva Bakından müəyyən layihələrdə iştirak etməyi tələb edirsə, onda ilk addımı özü atmalıdır”.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR