Rusiya və ABŞ prezidentlərinin görüş vaxtı məlum olub.
VOİCEPRESS xəbər verir ki, RF dövlət başçısının köməkçisi Yuri Uşakov Rusiya prezidenti Vladimir Putinin amerikalı həmkarı Donald Trampla noyabrın 10-da Vyetnamda görüşəcəyini bildirib:
“Hazırda görüşün saatı razılaşdırılır”.
Qeyd edək ki, Vyetnamda Asiya-Sakit Okeanı İqtisadi Əməkdaşlığının (APEC) yubiley – 25-ci sammiti keçirilir.
VOİCEPRESS.AZ